Biz kimik?
HANNEST MMC 2023-cü ildə Azərbaycanda fəaliyyətə başlayıb. Komandamız Türkiyə və Avropada qazanılmış 20 ildən artıq praktiki sahə təcrübəsini müasir heyvandarlıq təsərrüfatlarının ehtiyaclarına uyğun tətbiq edir.
Nə iş görürük?
Yeni ferma layihələrindən gündəlik istehsala qədər layihələndirmə, avadanlıq, yem əlavələri, genetika və texniki konsultasiya istiqamətlərində xidmət göstəririk.
Hər fermaya fərdi yanaşma
Heyvan sayı, yem bazası, mövcud infrastruktur və investisiya planı eyni olmur. Ona görə hər müraciətdə əvvəl təsərrüfatın ehtiyaclarını öyrənirik.
Əvvəl ehtiyac, sonra məhsul
Məhsul və avadanlığın məqsədəuyğunluğunu, texniki uyğunluğunu, istismar şərtlərini və gələcək xərclərini müqayisə etməyə çalışırıq.
Satışdan sonra da yanınızdayıq
Təchiz edilən avadanlığın quraşdırılması, istifadəsi və texniki xidmət ehtiyacları razılaşdırılmış şərtlərə uyğun nəzərə alınır.
Bir ferma. Çox ehtiyac. Tək tərəfdaş.
Fermanızın müxtəlif ehtiyaclarını bir müraciətdə bizimlə bölüşə bilərsiniz. Uyğun istiqamətlər üzrə həll variantlarını müzakirə edək.