HANNESTSMART LIVESTOCK SOLUTIONS
Ana səhifə›Xidmətlər›Premiks və yem əlavələri
HANNEST · Azərbaycanda ferma həlləri

Premiks və yem əlavələri

Yem xammallarınıza, heyvan qruplarına və istehsal hədəflərinizə uyğun qidalanma həlləri.

Fermaya xüsusi premiks resepturaları

Hər təsərrüfatın yem bazası fərqlidir. Mövcud rasion, yem analizləri, heyvanların fizioloji dövrü və istehsal məqsədləri qiymətləndirilərək fərdi vitamin-mineral premiks resepturası hazırlana bilər.

Məhsul istiqamətləri

Vitamin-mineral premikslər, buferlər, maya əsaslı məhsullar, mikotoksin bağlayıcılar, bypass yağlar, maye vitaminlər və xüsusi dövrlər üçün qidalanma dəstəyi məhsullarını ehtiyaca uyğun dəyərləndiririk.

Seçim və tətbiq

Məhsulun seçimi mövcud rasionun balansı, yem keyfiyyəti, heyvan qrupu və gündəlik istifadə xərci əsasında aparılır. Doza və texniki xüsusiyyətlər yalnız təsdiqlənmiş məhsul sənədinə əsasən təqdim edilir.

Texniki məlumat və qiymət təklifi

Maraqlandığınız məhsul qrupunu bildirin. Mövcud texniki sənədləri və fərdi təklif imkanlarını sizinlə paylaşaq. Saytda təsdiqlənməmiş tərkib və dozalar göstərilmir.